Şrift:
Yaponiyanın şərqində güclü yağışlar davam edir
01.07.2020 [09:51] - Gündəm, Hadisə
Yaponiya sinoptikləri iyulun 1-də və 2-də ölkənin Sakit okean sahillərində yerləşən şərq rayonlarında güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq yayıblar.

Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, isti və nəm hava kütlələri Yapon dənizi üzərində aşağı təzyiq sistemi əmələ gətirərək qeyri-sabit atmosfer şəraiti yaradıb. Bunun şərq istiqamətində hərəkəti Tokay və Kanto-Koşin regionlarında güclü yağışlara səbəb olub. Güclü yağışların iyulun 2-də günorta saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır.

Agentlik yerli əhalini daşqınlara, torpaq sürüşmələrinə hazır olmağa çağırıb. Sinoptiklər, həmçinin tornado, güclü külək və ildırım vurması riski barədə də xəbərdar ediblər.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed