01.07.2020 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Çıxışı zamanı İran rejiminin həyata keçirdiyi siyasətləri tənqid edən Faizə Haşimi zaman keçdikcə hökumətlərin ideologiyaları müdafiə edə bilmədiyini, əksinə ideologiyanın onların əlində idarəetmə alətinə çevrildiyini deyib.
O, həmçinin İran qadınlarının ölkədə feminist hərakat çərçivəsində öz həyat yollarını tapdığını, bu prosesə beynəlxalq təşkilatların göstərdikləri dəstək və İran hökumətinə qarşı təzyiqlərinin də müsbət nəticələr bəxş etdiyini qeyd edib.
Faizə Haşimi sonda ölkədə seçici aktivliyinin kəskin aşağı düşməsinə diqqət çəkib. O, bunu insanların artıq islahatçılara da olan ümidlərini itirdiyi ilə bağlayaraq, hökuməti təməlli islahatlar aparmağa çağırıb.
Xatırladaq ki, Əliəkbər Haşimi Rəfsancaninin qızı olan Faizə Haşimi Rəfsəncani İranda "qadın" adlı ilk qadın nəşrin təsis edən şəxsdir. Əvvəllər millət vəkili olan xanım Rəfsəncani vəzifədən gedəndən sonra rejimi tənqid etməyə başlayıb. Buna görə də, 2011-ci ildə "İslam Respublikası siyasi sistemi əleyhinə təbliğati fəaliyyət" ittihamı ilə 6 ay həbsə məhkum edilmiş, eləcə də 5 il müddətində siyasi, mədəni və mətbuat fəaliyyətinə qadağa qoyulmuşdu.

Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |