Şrift:
Xuzistan əyalətində insanların çoxu koronavirusa yoluxmaqdadır
01.07.2020 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O deyib ki, Xuzistanda pandemiya yoluxucu xəstəliyinin sürətlə yayılmasını nəzərə alaraq, qoyulan əvvəlki məhdudiyyətlər yenidən tətbiq edilə bilər: “Xuzistanda vəziyyət yaxşı deyil və hazırda insanların çoxu koronavirusa yoluxmaqdadır.



Lakin bu çətin vəziyyətin qarşısını almaq üçün önəm daşıyan məsələ, əyalətdə, xüsusən də dövlət idarələrində və üstüörtülü məkanlarda maskadan istifadənin icbari olmasıdır. Hökumət qurumları və onların rəhbərləri, eləcə də, mağaza və ticarət obyektlərinin sahibləri maskası olmayan insanlara və müştərilərə xidmət göstərməkdən çəkinməlidirlər.



Həmçinin, qoyulan qadağalara baxmayaraq, qanunsuz olaraq, toy və yas mərasimləri keçirənlərə qarşı ciddi tədbir görülməli, hüquq-mühafizə qüvvələrinin komandanları, yerli fərmandarlar və prokurorlar da bu işə cəlb edilməlidirlər” -deyə, Xuzistan əyalətində Koronavirusla Mübarizə Qərargahının sözçüsü Rza Nicati bəyan edib.
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed