01.07.2020 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsinin çıxardığı qərara əsasən, “ictimai nəzm-intizamı pozmaq”da günahlandırılan fəal 12 ay həbs və 74 şallaq zərbəsinə məhkum edilib.
Milli fəal barəsində çıxarılan hökmün icrası bir illiyə təxirə salınıb. Bununla yanaşı koronavirus infeksiyasının yayılmasına görə, Əyyub Şiri Təbriz prokurorluğunun nəzarəti ilə yoxsul ailələrə və ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə 10 milyon tümən dəyərində dezinfeksiya və qoruyucu vasitələr almağa məhkum edilib.
Şiri 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı.
O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıb.
Əyyub Şiri 1985-ci ildə Təbrizdə doğulub, ali təhsilli və iki uşaq atasıdır.

Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |