01.07.2020 [14:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, milli fəal iyunun 30-da öz iş yerində həbs edilərək Sarab zindanına aparılıb. Azərbaycanlı milli fəal 10 aylıq həbs müddətini çəkdikdən sonra fevralın 16-da sərbəst buraxılmışdı.
Məali ailəsi ilə əlaqə saxlayaraq yenidən saxlanılma səbəbini barəsində çıxarılan bir il həbs hökmü ilə əlaqəli olduğunu deyib.
Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il mayın 2-də 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına köçürülmüşdü. Həbsdə ikən onun barəsində yenidən bir il həbs və pul cəriməsi qərarı çıxarılmışdı. Lakin hər iki dosyesi birləşdirildikdən sonra daha öncə çəkdiyi həbs müddəti də nəzərə alınaraq fevralda sərbəst buraxılmışdı.
Buna baxmayaraq təhlükəsizlik qüvvələri Məaliyə onun dosyelərinin birləşdirlmədiyini, məhkum olduğu bir il həbs cəzasını da çəkməli olduğunu bildirərək yenidən Sarab zindanına köçürüblər.
Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.
Son həftələrdə İranda güney azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələri və məhkəmə orqanları tərəfindən təzyiqlər artıb. Hazırda milli fəallar Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə, Yunis Qulizadə, Əmir Səttari, Cəfər Rüstəmirad, Kiyanuş Aslani, Yusif Kari, Ruzbeh Piri və Rəsul İrəci həbsdə saxlanılır.

Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |