01.07.2020 [14:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O bildirib ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün bəzi məhdudiyyətlər İran prezidenti Həsən Ruhaninin göstərişinə əsasən tətbiq ediləcək: “Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Xuzistan, Sistan-Bəlucistan, Hormozqan, Buşehr, Fars, Şərqi Aərbaycan, Qərbi Azərbaycan, Rəzəvi Xorasan, Kirman, Tehran və Əlbürz əyalətlərinin valilərinə məhdudiyyətlər qoyulması üçün göstəriş verilib.
Hazırda bizim əsas problemlərimizdən biri, koronavirusun yayılmasına səbəb olan toy və yas mərasimlərinin keçirilməsi və toplantılardır. Bunun isə qarşısı alınmalıdır.
Təəssüflər olsun ki, ölkədə “Covid-19” infeksiyasından ölənlərin və yoluxanların üçdə biri Xuzistan əyalətinə məxsusdur. Bunu nəzərə alaraq, insanlardan xahişimiz odur ki, gigiyena qaydalarına riayət etsinlər, başqalarından məsafə saxlasınlar və qoyulan məhdudiyyətlərə əməl etsinlər.
Bəzən tövsiyə etməklə iş qabağa getmir. Elə buna görə də, hesab edirik ki, bəzi hallarda qanun hakim olmalı və icra edilməlidir” -deyə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi əlavə edib.

Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |