Şrift:
İranda daha 141 nəfər koronavirusdan ölüb, 2549 yeni “Covid-19” xəstəliyinə yoluxma faktı qeydə alınıb
01.07.2020 [14:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari iyulun 1-də mediaya aaçıqlamasında məlumat yayıb.



Sima Sadat Larinin dediyinə görə, bununla İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 10 min 958 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 230 min 211 nəfərə yüksəlib.



Sözçü həmçinin bildirib ki, son 24 saat ərzində infeksiyadan sağalıb evə buraxılanların sayı da 191 min 487 nəfərə çatıb. Sadat Lari sonda qeyd edib ki, “Covid-19” pandemiyasına yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicə alan 3081 nəfərin vəziyyəti ağırdır.



İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 10958 nəfərə, yoluxanların sayının isə 230211 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 63500 nəfəri keçdiyini, 2 milyon 150 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed