27.10.2012 [15:12] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Tanınmış xanəndə Nasir Ətəpur oktyabrın 25-də Tehranda Azərbaycan muğamlarından ibarət möhtəşəm konsertlə çıxış ediblər.
2012-ci il avqustun 11-də Şərqi Azərbaycan vilayətində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş əhaliyə yardım etmək məqsədilə İran paytaxtının əzəmətli “Vəhdət” konsert və teatr salonunda keçirilmiş konsertdə xanəndəni tarda Etibar Quliyev, kamançada Yaşar Cavadpur, nağarada Rza Nəbahət, balabanda Cəlil Həmidi, pianoda Siyamək Rəcəbi müşayiət ediblər.
Konsertin aparıcısı Məsud Fiyuzat olaraq qeyd etmişdir ki, Nasir Ətəpurun xanəndə kimi formalaşmasında Heydər Əliyev Fondunun 2007-ci ildə təşkil etdiyi beynəlxalq muğam müsabiqəsi müstəsna rol oynayıb. O, məhz bu müsabiqənin qaliblərindən biri olandan sonra məşhurlaşmış və öz sənətinə daha böyük sevgi və məsuliyyətlə yanaşmağa başlamışdır. Ötən dövrdə böyük bir yaradıcılıq məktəbi keçmiş xanəndə Azərbaycan Milli Konservatoriyasının məzunur.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, səfirliyin əməkdaşları, İran ictimaiyyətinin tanınmış simaları tamaşaçılar arasında olmuşlar. Xanəndə bundan əvvəl Təbriz şəhərində də xeyriyyə konserti ilə çıxış edibdir. Konsert oktyabrın 26-da davam etdiriləcək.

Bu xəbər oxucular tərəfindən 1315 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |