Şrift:
Yaponiyada koronavirusa qarşı vaksinin kliniki sınaqlarına başlanılıb
02.07.2020 [09:36] - Gündəm, Sağlıq
Yaponiyanın “AnGes” biofarmasevtik startap şirkəti ölkədə koronavirusa qarşı vaksinin ilk sınaqlarına başlaması barədə məlumat yayıb.

Yaponiya KİV-ləri xəbər verir ki, həmin şirkət Osaka universitetinin tədqiqatçılar qrupu tərəfindən yaradılıb. Bildirilir ki, şirkət Osaka universitetinin xəstəxanasında 30 sağlam şəxs üzərində DNK vaksininin sınaqlarına başlayıb.

Vaksinin tərkibində virusun üzərində yerləşən zülalın DNK-nın olduğu bildirilir. Tədqiqatçıların qənaətinə görə, vaksinin yeridildiyi insanın immun sistemi koronavirusa yoluxmanın qarşısını alan anticisimlər hazırlayacaq.

Kliniki sınaqların iştirakçıları iki həftə ərzində fasilələrlə vaksinin iki inyeksiyasını alacaqlar. Bundan sonra anticisimlərin hazırlandığını müəyyən etmək üçün testlər keçiriləcək.

Sınaqların tətbiq edildiyi 15 nəfərə vaksinin böyük dozası, digərlərinə isə az doza yeridiləcək. Tədqiqatçıların qruplar arasındakı fərqi müqayisə edəcəyi bildirilir.

Eyni zamanda, şirkətin cari il ərzində kliniki sınaqların növbəti mərhələsinə keçəcəyi də qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed