Şrift:
Suriyadan qaçan ermənilər işğal olunmuş ərazilərimizdə yerləşdirilir
29.10.2012 [10:44] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycanın Laçın rayonu ərazisində Suriyadan gəlmiş erməni ailələri məskunlaşdırılıb.

Ümumilikdə bu günədək Laçında Suriyadan gəlmiş 20 erməni ailəsinin məskunlaşdırıldığı bildirilir. Onlara 5 milyon dram məbləğində yardım edilib. Bundan başqa, erməni ailələrinə ərzaq yardımının ediləcəyi də bildirilir. Bu barədə Ermənistan mediası xəbər yayıb.


Suriyadan gələn ermənilərin digər rayonların ərazilərində yerləşdirildiyi bildirilsə də, onların ümumi sayı açıqlanmayıb.
Bu xəbər oxucular tərəfindən 1869 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed