Şrift:
İranda 4 nəfər “facebook” istifadəçisi həbs edilib
29.10.2012 [10:50] - Güney Azərbaycan xəbərləri
İranın Sircan şəhərinin prokuroru Mehdi Bəxşinın açıqlamasına əsasən, Sircanda 4 “facebook” istifadəçisi tutuqlanıb.

Bəxşı bildirib ki, həbs edilən 4 nəfərin İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyində (ETTELAAT) istintaqı davam edir: “Bir neçə həftə ərzində onların işi məhkəməyə göndəriləcək. Daha öncə də eyni ittihamla mühakimə edilənlər olub və həbs cəzasına məhkum ediliblər. Bu 4 Sircan sakini də “facebook”da hakimiyyətin əleyhinə sözlər yazaraq İran məhsullarını təhqir etdikləri üçün ETTELAAT əməkdaşları tərəfindən həbs ediliblər”. M.Bəxşi iranlı “facebook” istifadəçilərinə xəbərdarlıq da edib: “ Kim “facebook”dan istifadə edirsə, fəaliyyətini dayandırsın. Əks təqdirdə, kimin bu sosial şəbəkədən istifadə etdiyini aşkarlasaq, onu ağır cəza gözləyəcək. “Facebook”da dövlət rəsmilərini təhqir etmək və qadınların öz profilinə hicabsız fotolarını qoymaları qadağandır. Belə hallar olarsa, onlara qarşı qanunun tələb etdiyi tədbirlər görüləcək”.
Bu xəbər oxucular tərəfindən 1059 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed