02.07.2020 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Şərqi Azərbaycanın narkotiklərlə mübarizə qərargahının katibi Rza Ustad Rəhimi məlumat verib. Onun sözlərinə görə, müalicə mərkəzlərinə qəbul olanların 2 min nəfəri qadın olub.
Rəsminin verdiyi məlumata əsasən, müalicə mərkəzlərindən buraxılan şəxslərin 93 faizi yenidən narkotik vasitələrdən istifadə etməyə başlayır.
Ustad Rəhimi həmçinin keçən il ərzində (mart 20, 2019-2020) Şərqi Azərbaycan əyalətində 3 ton narkotik vasitənin ələ keçirildiyini bildirib. O, bu rəqəmin öncəki il ilə müqayisədə 8 faiz artdığını qeyd edib.
“Polisinin həyata keçirdiyi əməliyyatlar nəticəsində 8 min 651 narkotik alverçisi saxlanılıb,” deyə Ustad Rəhimi əlavə edib.
O, son 1 ay ərzində Şərqi Azərbaycan əyalətində 366 narkotik aludəçisinin həbs olunduğunu bildirib.
Güney Azərbaycanda və İranda fərdi və ictimai azadlıqların həddindən artıq məhdud olması, həmçinin işsizlik və yoxsulluq kimi kütləvi problemlər cəmiyyətdə narkomaniya, depressiya, intihar, yersiz dava və boşanma hallarının artmasına səbəb olub, bu vəziyyət getdikcə pisləşir.
Xatırladaq ki, İrandan narkotik maddələrin dövriyyəsi ən gəlirli ticarət sahələrindən biri hesab olunur. Narkotiklərlə Mübarizə İdarəsi bildirir ki, ölkədə dövlətin qarşısını almaqdan boyun qaçırdığı narkotik mafiyaları mövcuddur və onları bu ağ ölümü rahat şəkildə İranın hər bir tərəfinə paylayırlar.
Keçən il İran Milli Məclisinin Hüquq Komissiyasının sözçüsü Həsən Novruzi həbs edilmiş böyük narkotik qaçaqmalçısının azad edilməsi üçün 300-dən çox rəsminin onlara zəng etdiyini demişdi.
Bir müddət öncə isə Mediaya sızan bir videoda keçmiş “Sepah” komandanı, hazırda isə Ali Məsləhət Şurasının katibi olan Möhsün Rzayi də ölkə rəsmilərinin yüksək gəlir gətirən narkotik ticarətində əli olduğunu etiraf edir. O, həmin videoda bildirir ki, ölkəyə qaçaq yolla gətirilən narkotikin hansı sərhəddən keçirildiyi məlum olsa da, dövlət rəsmiləri bunun qarşısını almırlar. Bu isə göstərir ki, onların özünün də bu işdə əlləri var.

Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |