02.07.2020 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Şəhər Şurasının üzvü bu iddianı İslam Respublikasının dövlət qəzeti olan “İran”da dərc edilən məqaləsində irəli sürüb.
“Azərbaycan Respublikasına səfərim zamanı bəziləri məndən Nizamini iranlı hesab etdiyimizin səbəbi barədə soruşurdular. Bu suala cavab vermək çətin deyil. Nizami əslində onun “Xəmsə” əsərini oxuyan, düşüncə dili farsca olan, bu dillə Nizaminin təfəkkürü ilə əlaqə yaradanların soyudur,” deyə Məscid Camei yazıb.
O, həmçinin Azərbaycanda Nizaminin əzəmətli heykəllərinin ucaldılmasını misal gətirərək Tehran şəhərində də bənzər addımın atılması təklifini irəli sürüb.
“Tehran fars dili ölkəsinin paytaxtıdır. Bu şəhərdə bu mədəniyyətin yaradıcılarının yüksək mövqeyi öz əksini tapmalıdır,” deyə keçmiş mədəniyyət naziri əlavə edib.
Məscid Camei eyni zamanda Nizami Gəncəvidən İranın Qafqaz və Orta Asiyadakı qonşuları ilə yaxınlaşma və həmrəylik vasitəsi kimi istifadə etməyi təklif edib.
İran rəsmiləri daha öncə də dəfələrlə Azərbaycanın tanınmış simalarını, o cümlədən “Pedər bər pedər mər məra tork bud (Ata-babalarım türk olubdur)” deyən Nizami Gəncəvini mənimsəməyə çalışıblar.
Azərbaycanın Gəncə şəhərində doğulub və bütün ömrünü doğma vətənində yaşayan Nizami zamanın şəraitinə uyğun olaraq fars dilində yazsa da, türk olduğunu bir neçə yerdə vurğulayıb və əsərlərində türk dilindəki məfhum və atalar sözlərindən istifadə edib.

Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |