Şrift:
Avropa mühafizəkarları parlamentarilərin İrana səfərinə qarşı çıxırlar
29.10.2012 [11:08] - Gündəm, Siyasət
Avropa parlamentarilərindən ibarət nümayəndə heyəti İrana səfər edib.

Səfər noyabrın 2-nə qədər davam edəcək.

5 nəfərlik nümayəndə heyətinə İranla əlaqələr komissiyasının sədri Tarıya Kronberq rəhbərlik edir. Bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Qeyd edək ki, Avropa mühafizəkarları səfərin əleyhinədirlər. Onlar hesab edirlər ki, bu ölkəyə qarşı sanksiyaların tətbiq edildiyi bir məqamda Avropa nümayəndə heyətinin İrana səfər etməsi düzgün deyil. İran hökuməti səfərdən öz şəxsi məqsədləri üçün istifadə edə bilər. Bununla belə, əksəriyyət İrana nəzərdə tutulan səfəri danışıqlar mühitinin yaranması üçün yeni imkan kimi qiymətləndirirlər. Hesab edilir ki, sanksiyaların ağırlığını hiss edən İran danışıqlarda daha konstruktiv mövqe sərgiləyə bilər.

Nəzərinizə çatdıraq ki, tərəflər əsasən İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcək və bəzi hərbi obyektlərə (təsisat) baş çəkəcəklər.
Bu xəbər oxucular tərəfindən 1265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed