Şrift:
İranda daha 148 nəfər koronavirusdan ölüb, 2652 nəfər pandemiya xəstəliyinə yoluxub
02.07.2020 [14:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə iyulun 2-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib ki, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 11 min 106 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 232 min 863 nəfərə çatıb.


Sadat Lari həmçinin bildirib ki, son bir sutkada infeksiyadan sağalıb evə buraxılanların sayı da 194 min 98 nəfərə yüksəlib. Sözçü sonda qeyd edib ki, “Covid-19” pandemiyasına yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicələrini davam etdirən 3097 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 11106 nəfərə, yoluxanların sayının isə 232863 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 64000 nəfəri keçdiyini, 2 milyon 200 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed