Şrift:
Ərdəbildə taksilərin gediş haqqı bahalaşıb
03.07.2020 [09:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Ərdəbil Şəhər Şurasının rəisi Əlirza Pusti məlumat verib. Pusti əlavə edib ki, keçən il noyabr ayında benzinin bahalaşmasından sonra həmin vaxt nəqliyyat vasitələrinin gediş haqqının 11 faiz artması planlaşdırılırdı, lakin əhalinin iqtisadi vəziyyəti nəzərə alınaraq bu addım atılmadı.





Bununla yanaşı Ərdəbildə şəhər daxilində sərnişin daşıyan avtobusların da gediş haqqı bahalaşıb. Belə ki, gediş haqqı kartla ödəniş üçün 560 tümən, nağd ödəniş üçün isə 800 tümən müəyyənləşdirilib.





Qeyd edək ki, noyabr ayında kütləvi etirazlarla nəticələnən benzin qiymətinin 3 dəfə artırılmasından sonra hökumət bir çox şəhərdə gediş haqqının 11 faizə qədər artmasına icazə verib.

Ekspertlərin fikrincə benzinin bahalaşması şəhərdaxili nəqliyyat və daşıma xərclərinin 25- 50 faiz civarında yüksəlməsinə səbəb olub.
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed