Şrift:
Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlı qadınların qurultayında iştirak etmək üçün İsveçə gedib
28.10.2011 [12:08] - Diaspor
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlı qadınların qurultayında iştirak etmək üçün İsveçə səfər edib.

Stokholm şəhərində baş tutacaq tədbir bu ölkədə fəaliyyət göstərən Azərbaycan Qadın Dərnəyinin təşkilatçılığı ilə keçirilir. Toplantıda Azərbaycan qadınlarının ictimai-siyasi həyatda rolu, onların sosial durumu müzakirə ediləcək, Cənubi Azərbaycanda qadın hüquq və azadlıqlarının qorunması sahəsində vəziyyət barədə fikir mübadiləsi aparılacaq.

Deputat müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək, Azərbaycanda qadın hüquqları, onların müxtəlif sahələrdə qazandıqları uğurlardan danışacaq. Səfər oktyabrın 30-da başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 1264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed