Şrift:
İranda plastik əməliyyatlar qadağan edilib
04.07.2020 [13:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İranın Səhiyyə nazirinin müavini Qasım Canbabayi qərarın səbəbini koronavirusa yoluxma hallarının artması səbəbindən xəstəxanalarda boş yer saxlamağa duyulan zərurətlə əlaqələndirib.


O, qadağa ilə bağlı ölkənin bütün Tibb Elmləri İnstitutlarına yazılı formada təlimatların göndərildiyini deyib.


Qeyd etmək lazımdır ki, İranın bütün bölgələrində son həftələr ərzində Covid-19 infeksiyasına yoluxma və ondan ölmə halları kəskin yüksəlib. Hətta bəzi məlumatlarda xəstəliyə yoluxmuş və yüngül əlamətləri olan bir neçə cavanın da 2-3 gün ərzində vəfat etdiyi bildirilir.


Səhiyyə Nazirliyi xəstəliyin yenidən kəskin yayılmasının səbəbini insanların sosial məsafə, maskadan istifadə və digər bu kimi tibbi tövsiyələrə əməl etməmələri ilə əlaqələndirir.
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed