Şrift:
Yaşar Həkkakpur Faxtə Zamaninin ADAPP-ı tərk etməsinə şərh verdi
29.10.2012 [12:50] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Yaşar Həkkakpur Amerikanın Səsinə müsahibədə təşkilatın təsisçilərindən olan Faxtə Zamaninin ADAPP-ı tərk etməsinə reaksiya verib.

Cənab Həkkakpur Faxtə xanımın təşkiltı tərk etməsindən üzüldüyünü bildirib, və əlavə edib ki, o, bu addımı şəxsi səbəblər üzündən atıb. Yaşar Həkkakpur baş verənlərin ADAPP-in rəhbərliyi ilə koordinasiyalaşdırıldığını deyib və təşkilatda parçalanma baş vermədiyini qeyd edib.

Kanadada qərargahlanan ADAPP-ın qurucularından olan Faxtə Zamani hazırda Böyük Britaniyada təhsilini davam etdirir.
Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed