Şrift:
İranda daha 163 nəfər koronavirusdan ölüb, 2560 nəfər pandemiya xəstəliyinə yoluxub
05.07.2020 [14:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 5-də jurnalistlərlə görüşündə bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 11 min 571 nəfərə, pandemiya yoluxucu xəstəliyinə tutulanların ümumi sayı isə 240 min 438 nəfərə çatıb.


Sadat Lari deyib ki, son bir sutkada xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq, 201 min 330 nəfərə yüksəlib.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicələrini davam etdirən 3168 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 11571 nəfərə, yoluxanların sayının isə 240438 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 66000 nəfəri keçdiyini, 2 milyon 400 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed