Şrift:
İranda dollar uçur. 1 ABŞ dollarının məzənnəsi 22 min tüməni keçib
06.07.2020 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, iyulun 5-də İran Mərkəzi Bankının valyutaya nəzarət saytında hər ABŞ dollarının məzənnəsi 21 min 650 tümən qeyd olunsa da, azad valyuta bazarında 22 min 100 tümənə yüksəlib. Bununla da, ötən bir günə nisbətən dolların dəyəri 800 tümən artıb.


Bu gün həmçinin avronun dəyəri də artaraq, 24 min 795 tümən qarşılığında müamilə edilib, hər qızıl sikkənin qiyməti qalxaraq, 10 milyon tüməni keçib.


İran Mərkəzi Bankının sədri Əbdülrza Hemməti və digər rəsmilər ölkədə dolların dəyərinin gündən-günə artmasını və milli valyuta olan “Rial”ın sürətlə dəyərini itirməsini müvəqqəti xarakter daşıdığnı bildirərək, beynəlxalq arenada ölkəyə qarşı aparılan “psixoloji əməliyyat” adlandırsalar da, bəzi iranlı deputatlar bunun ölkədə aparılan səhv iqtisadi siyasətlə əlaqələndirirlər.
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed