Şrift:
Güney Azərbaycanda meşə ağaclarının kəsilməsi davam edir
06.07.2020 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şahidlərin verdiyi məlumata əsasən, Xoydan hər gün bir neçə yük maşını ağac daşınır.

Xoyda ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən “Yarpaq” qeyri-hökumət təşkilatının müraciətindən sonra vilayətin Təbii Sərvətlər idarəsinin rəhbəri ağacların kəsilməsinin qeyri-qanuni olduğunu təsdiqləyərək, məsələnin araşdırılacağını bildirib.

Güney Azərbaycanın müxtəlif bölgələrində meşə ağaclarının vaxtaşırı dövlətin icazəsi ilə və ya qeyri-qanuni şəkildə kəsilməsi ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olur.





Keçən həftələrdə də Güney Azərbaycanın müxtəlif şəhərlərində meşə ağaclarının kütləvi şəkildə kəsilərək digər əyalətlərə daşındığı ilə bağlı məlumatlar yayılmışdı.





Qeyd edək ki, Urmu gölü böhranı ilə bağlı Güney Azərbaycanda əlavə yaşıllıq sahəsinə ehtiyac var. Bu, ən azı göldən qalxan duz və qum fırtınalarının ətraf məntəqələrə yayılmasının qarşısını almaqda müəyyən rol oynaya bilər. Belə bir vəziyyətdə onsuz da məhdud olan yaşıllıq sahələrinin sıradan çıxarılması Azərbaycanın ətraf mühitini ciddi təhlükə ilə üz-üzə qoyur.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed