06.07.2020 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə məlumat verib. Ağazadənin sözlərinə görə, ötən 24 saatda 141 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Bu isə İran əyalətləri arasında ən yüksək rəqəm olub.
Qərbi Azərbaycan əyalətində 832 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Onlardan 344 nəfərinin koronavirus testi pozitiv çıxıb.
“Hazırda İnfeksiyaya yoluxanlardan 168 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 52 nəfərin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.
Zəncan əyalətində isə son 24 saatda daha 45 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1822 nəfərə çatdığını açıqlayıb.
Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 192 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1467 nəfərinin tam sağaldığını bildirib.
O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 570 nəfər xəstəxanalarda müalicə alır.
Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 29 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 180 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 33 nəfəri reanimasiya şöbəsindədir.
Rzayi son 24 saatda 2 nəfərin koronavirusdan öldüyünü bildirib.

Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |