07.07.2020 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə məlumat verib. Ağazadənin sözlərinə görə, ötən 24 saatda 123 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Onlardan 13 nəfər dünyasını dəyişib.
Zəncan əyalətində isə son 24 saatda daha 46 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayı haqqında məlumat verməyib lakin bu rəqəmin son 3 həftədə ciddi şəkildə artdığını deyib.
Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı 193 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1501 nəfərinin tam sağaldığını bildirib.
O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 565 nəfər xəstəxanalarda müalicə alır.
Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 36 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 181 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 37 nəfəri reanimasiya şöbəsindədir.
Rzayi son 24 saatda daha 2 nəfərin koronavirusdan öldüyünü bildirib.
Həmədan əyalətində də Tibb Universitetinin müavini Mənuçehr Kərəminin verdiyi məlumata görə koronavirus infeksiyasına yoluxanların ümumi sayı 2 min 34 nəfərə çatıb.
Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirusdan ölənlərin sayının 196 nəfərə çatdığını bildirib.

Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |