Şrift:
“Bağırşəhr” sənaye şəhərciyində partlayış olub. 2 nəfər ölüb, 3 nəfər yaralanıb
07.07.2020 [14:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Rey şəhərinin tabeliyində olan Kəhrizək rayonunun rəsmisi Əmin Babayi mediaya açıqlamasında məlumat yayıb.


O bildirib ki, hadisə iyulun 7-si səhər saat 03:20 radələrində oksigen balonları dolduran bir sexdə baş verib: “Oksigen balonlarının naməlum səbəbə görə partlaması nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.


Partlayış o qədər güclü olub ki, sexin yanında fəaliyyət göstərən “Saipa Press” zavodunda da dağıntılara səbəb olub, zavodun divarları uçub. Hazırda partlayışın səbəbləri araşdırılır” -deyə, Əmin Babayi əlavə edib.


Qeyd edək ki, 59 min əhalisi olan “Bağırşəhr” sənaye şəhərciyi, Rey şəhərinin 13 kilometrliyində yerləşir.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed