08.07.2020 [09:36] - Gündəm, İdman
İyulun 7-də futbol üzrə İtaliya A Seriyasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.
“Milan” klubu öz meydanında lider “Yuventus” komandasını qəbul edib. Görüş Milan təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunun birinci hissəsində qol vurulmayıb. Qarşılaşmanın altı qolu fasilədən sonra vurulub.
“Milan”nın heyətində Zlatan İbrahimoviç, Frank Kessi, Ante Rebiç, Rafael Leao, “Yuventus” isə Kriştiano Ronaldo və Adrien Rabiot fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 49-a çatdıran “Milan” turnir cədvəlində beşinci yerə yüksəlib. “Yuventus” isə məğlub olmasına baxmayaraq, liderliyi davam edir (76 xal).
Qeyd edək ki, “Milan” klubu son beş oyunda məğlub olmur.
Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Latsio” səfərdə autsayder “Leççe”yə məğlub olub - 2:1. Bu paytaxt təmsilçisinin ardıcıl ikinci məğlubiyyətidir. “Latsio” 30-cu turda məhz “Milan”a böyük hesabla məğlub olmuşdı - 3:0.

Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |