30.10.2012 [09:41] - Qərbi Azərbaycan-İrəvan
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib.
Institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada xarici ölkələrin dövlət arxivlərindən Azərbaycan tarixinə aid toplanılmış materialların instituta gətirilməsi və onların çapa hazırlanması vəziyyəti barədə hesabatlar dinlənilib.
Qeyd olunub ki, təkcə 2012-ci ildə xarici ölkələrdən gətirilən sənədlər əsasında 6 sənəd toplusu çapdan çıxıb, qalan sənədlər isə çapa hazırlanır. Cənubi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırımına dair sənədlər də ölkəmizə gətirilib. Həmin sənədlərin də toplu halında nəşr olunması planlaşdırılır.
Bununla yanaşı, ermənilərin Azərbaycana köçürülməsinə dair arxiv sənədləri ayrıca toplu şəklində nəşr olunacaq. Şurada qərara alınıb ki, tarixi Azərbaycan torpaqlarının tarixi keçmişi də sistemli şəkildə araşdırılmalıdır.

Bu xəbər oxucular tərəfindən 1254 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |