Şrift:
Güney Azərbaycanda bir xəstəxananın 40 əməkdaşı koronavirusa yoluxub
08.07.2020 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Bəykəndinin İcra Hakimiyyəti başçısı Loğman Xosrovpur məlumat verib. Xosrovpur bildirib ki, “Şəhid Qulipur” xəstəxanasının 750 əməkdaşı var.

O əlavə edib ki, koronavirusa yoluxan tibb işçilərinin əksəriyyəti sağalaraq işlərinə geri dönüblər.





Ötən həftə də Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində Əmək və Sosial Müdafiə İdarəsinə bağlı olan bir klinikanın 30 əməkdaşından 16 nəfəri koronavirusa yoluxub.





Güney Azərbaycanın müxtəlif şəhərlərində çalışan tibb işçiləri dəfələrlə fərdi qoruyucu vasitələrin çatışmazlığından şikayətlənərək sağlamlıqlarının təhlükə altında olduğunu vurğulayıblar.





Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Səhiyyə Xidmətinin rəhbəri Məhəmməd Hüseyn Somi əyalətdə fəaliyyət göstərən 27 min tibb işçisindən 950 nəfərinin “Covid-19” infeksiyasına yoluxduğunu bildirmişdi.

Onun sözlərinə görə, Şərqi Azərbaycan əyalətində 3 həkim, 4 tibb bacısı koronavirusdan dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed