Şrift:
İranın İlam əyalətində 156 yeni “Covid-19”a yoluxma halı aşkar edilib, 1 nəfər vəfat edib
08.07.2020 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə İlam Tibb Universitetinin rektoru Məhəmməd Kərimiyan iyulun 7-də mediaya açıqlamasında məlumat yayıb.


Məhəmməd Kərimiyanın dediyinə görə, bununla da İlam əyalətində bu günə qədər pandemiya yoluxucu xəstəliyindən ölənlərin sayı 111 nəfərə, infeksiyaya yoluxanların sayı isə 3740 nəfərə yüksəlib.


O, daha sonra koronavirusun yayılmasının qarşısını almaq üçün ölkə vətəndaşlarını maska taxmağa, gigiyena qaydalarına riayət etməyə, evdə oturmağa, imkan daxilində ictimai yerlərdən uzaq gəzməyə və toplantılara qatılmamağa çağırıb.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed