Şrift:
İranın Venesuelada təmir etdiyi neft emalı zavodu yanıb
08.07.2020 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, hadisə zavodun katalitik krekinq bölməsində baş verib və hazırda benzin istehsalı tamamilə dayanıb.


Zavod gündəlik 310 min barel neft ayırma gücünə malikdir. Lakin iranlı mütəxəssislər zavodun yalnız sıradan çıxmış hissələrini bərpa ediblər. Tamamilə təmir edilmədiyinə görə, zavodun ötən ayın ortalarında gündəlik neft ayırama potensiyalı 15-30 min barel arasında dəyişib.


Ümumiyyətlə isə Venesuela gündəlik 1.3 milyon barel neft ayırma gücünə sahibdir. Lakin ölkə zavodlarının çoxunun yararsız vəziyyətə düşməsi və ya işini dayandırması səbəbindən neft emalı azalıb və Venesuela kəskin benzin çatışmazlığı böhranı ilə üz-üzə qalıb.


Buna görə də, İran iyun ayının əvvəllərində Venesuelaya 5 gəmi ilə 1.5 milyon barel yanacaq göndərmişdi. Həmin benzin də artıq sərf edildiyindən, ölkə öz neft ayırma zavodlarını bərpa etməyə çalışır.


İran yenidən 4 gəmi ilə Venesuela istiqamətində benzin göndərib. Lakin Amerika Birləşmiş Ştatları həmin gəmiləri saxlamaq üçün qanuni proseslərə başlayıb.


Venesuelanın gündəlik benzin tələbatı 300 min barel hesab edilir. Lakin dövlət bu sahədə kvota tətbiq edərək, yanacaq doldurma məntəqələrini gündəlik 30 min barel benzinlə təmin edir.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed