Şrift:
Təbrizdə kiçik qız heykəlinin qaldırılması etirazlara səbəb olub
08.07.2020 [14:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Oyun kubları (Lego) üzərində oturan kiçik qız heykəli aylar öncə bələdiyyə tərəfindən hazırlanaraq parkların birinə qoyulmuşdu.





Məlumata əsasən, 5 yaşlı qız heykəlinin hicabsız, qolu açıq geyimdə olması müəyyən dairələrin narazılığına səbəb olub. Nəticədə elə həmin heykəl bələdiyyə tərəfindən sökülüb.

Heykəlin götürülməsi azərbaycanlı sosial şəbəkə istifadəçilərinin geniş etirazına səbəb olub.





Təbriz Bələdiyyəsinin Görüntü, Mənzərə və Yaşıllıq idarəsinin rəhbəri Məsud Bərzgər Cəlali də 5 yaşlı qız heykəlinin qaldırılmasına sərt reaksiya bildirib.





Təbriz Şəhər Şurasının Mədəniyyət Komissiyasının iclasında çıxış edən Bərzgər Cəlali heykəlin 6 ay əvvəl bələdiyyənin ixtisaslaşmış komitələrinin təsdiqindən sonra bütün dini, ictimai və mədəni həssaslıqlar və qaydaların diqqətə alınması ilə hazırladığını xatırladıb.





O, həmçinin heykəlin qaldırılmasını Təbriz şəhərinin “Uşaq dostu” pilot layihəsi üçün seçildiyini sual altına aparacağını vurğulayıb.





“Kiçik bir heykələ belə dözüm göstərə bilməyən, gecə yatıb səhər bələdiyyənin öz əli ilə onu sökdürən ruhi xəstələr olduqca bu şəhərdə “Uşaq dostu” pilot layihəsi necə həyata keçirilə bilər,” deyə Cəlali bildirib.

O qeyd edib ki, insanların beynində cansız bir heykələ qarşı belə davrananların uşaqlara qarşı necə rəftar edəcəkləri barədə suallar yaranır.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed