Şrift:
Ərəbistan dünya ictimaiyyətini İrana təzyiq göstərməyə çağırıb
08.07.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu xüsusda yaydığı bəyanatda İranın husilər vasitəsilə Ərəbistana qarşı hücumlarını, eləcə də regionun bir çox ölkəsində özünə bağlı yaraqlıların əli ilə həyata keçirdiyi digər hücumları xatırladaraq, rəsmi Tehranın həm bölgəyə, həm də dünyaya qarşı yaratdığı təhdidin sona çatması üçün zəruri addımların atılmasını istəyib.


Səfir sonda Tehranı açıq- aşkar terror siyasəti yürütməkdə ittiham edərək, aparılan araşdırmalar nəticəsində "Aramco" şirkətinin neft təsisatlarına qarşı hücumun İran tərəfindən həyata keçirildiyini dəqiqləşdirdiklərini qeyd edib.


Digər tərəfdən Ərəbistanın Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi Abdullah əl-Müəllimi dünya ictimaiyyətini nüvə razılaşmasına yenidən baxmağa çağırıb.


Anlaşmanı səhv və naqisliklərlə dolu adlandıran diplomat onun İranın xoşməramlı siyasət yürütməsinə yol açmadığını, əksinə daha çox pul əldə edərək, regionda fəaliyyətlərini artırmağa imkan verdiyini deyib.


Onun sözlərinə görə, İranın regionda yürütdüyü siyasəti və raket proqramını əhatə etməyən Hərtərəfli Birgə Fəaliyyət Planına yenidən baxılmalı, daha yaxşı razılaşma əldə etmək üçün addımlar atılmalıdır.


Hələlik İran ərəbistanlı diplomatların dediklərinə rəsmi münasibət bildirməyib.


Qeyd etmək lazımdır ki, son illər ərzində regional nüfuzlarını yaymaq uğrunda İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yaşanır.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed