Şrift:
İnsan haqları təşkilatı Abbas Lisaninin azadlığı üçün imzatoplama kampaniyası keçirir
08.07.2020 [14:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təşkilatın kampaniya ilə bağlı açıqlamasında deyilir: “Türk milli və vətəndaş cəmiyyəti fəalları iqtisadi, mədəni və siyasi bərabərsizliyin aradan qaldırılmasını, eyni zamanda ana dili hüquqlarının tanınmasını tələb edirlər. Cənab Abbas Lisani uzun illər bu cəmiyyətin hüquqları uğrunda mübarizənin pionerlərindən biridir. O, bu gün bu tələbləri dinc yolla irəli sürdüyü üçün cəzalandırılır.”





kampaniyanın təşəbbüsçüləri insan hüquqları qayğısı çəkən hər kəsi imzatoplama kampaniyasında iştirak edərək Abbas Lisani və digər siyasi məhbusların səsi olmağa çağırıb.





Qeyd edək ki, Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi iyunun 4-də Ali Məhkəməyə müraciət etdikdən sonra məhkəmənin Ərdəbil Apelyasiya Məhkəməsinin milli fəala qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxladığını bildirib.





Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed