Şrift:
Yaponiyanın İbarakı prefekturasında 4,7 bal gücündə zəlzələ olub
09.07.2020 [10:21] - Gündəm, Hadisə
İyulun 9-da səhər saatlarında Yaponiyanın İbaraki prefekturasında 4,7 bal gücündə zəlzələ olub.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Yerli vaxtla səhər saat 6:05-də qeydə alınan yeraltı təkanların episentrinin İbaraki prefekturasının Nambu qəsəbəsində, ocağının 50 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 552 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed