Şrift:
"Qalatasaray" çempionluq şansını itirib
09.07.2020 [10:23] - Gündəm, İdman
İyulun 8-də futbol üzrə Türkiyə çempionatının XXXI turunun ikinci gün qarşılaşmasında "Qalatasaray" səfərdə "Alanyaspor"un qonağı olub.

Maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqiblərini 4:1 hesabı ilə məğlub ediblər. Alanya təmsilçisinin qollarını Papis Demba Sisse (43, 45), Tasos Bakasetas (89) və Mustafa Pektemek (90) vurub. İstanbul klubunun yeganə qolunu isə Adəm Böyük (45) vurub.

Beləliklə, "Qalatasaray" Türkiyə çempionluğu şansını itirib.

Günün digər "Trabzonspor" - "Antalyaspor" və "Göztəpə" - "Ankaragücü" matçlarında isə qalib müəyyənləşməyib. Hər iki oyun 2:2 hesabı ilə bitib. "Sivasspor" isə doğma meydanda "Yeni Malatyaspor"a minimal hesabla məğlub olub.

Bundan əlavə, turda iyulun 9-da "Rizəspor" - "Kayserispor", "Beşiktaş" - "Kasımpaşa", "Qaziantep" – "Konyaspor" komandaları qarşılaşacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Alanyaspor" (51 xal), "Fənərbağça" (50 xal), "Beşiktaş" (50 xal) və digər komandalar gəlir.
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed