30.10.2012 [10:27] - Xəbərlər, Hüquq
“Elçibəyin ölüm səbəbi ilə bağlı açılmış cinayət işinin dərhal dayandırılmasını tələb edirik...”
«Son bir neçə aydır haqq dünyasında olan Əbülfəz bəyin adının ətrafında gedən proseslər, açılmış cinayət işi və bu işin ətrafında baş verən hadisələr tərəfimizdən izlənməkdədir. Biz bir neçə dəfə hüquq mühafizə orqanlarına bu cinayət işinin bağlanması ilə bağlı müraciət etmək istəsək də, işlə bağlı hansı araşdırmaların aparılmasından xəbərimiz olmadığından belə bir çağırış etməmişk. Lakin, son zamanlar cinayət işində hansısa bir yeniliyin olması və Elçibəyin məzarının açılmasına hazırlıq getməsi ilə bağlı deyilən fikirlər tərəfimizdən narahatlıqla izlənməkdədir.Biz ailənin adından bütün hallarda məzarın açılmasına qarşı olduğumuzu Ərturqutun vasitəsi ilə mətbuata bildirmişik. Amma hadisələrin getdikcə xoşəgəlməz məcraya yönəldiyini nəzərə alaraq bir daha həm aidiyatlı qurumlara həm də ictimaiyyətə müraciət edirik».
Bu sözlər Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin ailəsinin Respublika Baş Prokurorluğuna və mediaya müraciətindəndir. Müraciətdə daha sonra deyili: “Biz Əbülfəz Elçibəyin ailə üzvləri olaraq , onun həyat yoldaşı və övladları, Elçibəyin məzarının açılmasına, onun haqqında bu vəsilə ilə aparılan hər hansı cinayət işinə və əməliyyata qarşıyıq. Eyni zamanda həm də , Əbülfəz bəyin adının və məzarının ətrafında aparılan spekulyasiyaları və siyasi oyunları pisləyirik. Əbülfəz Elçibəyin kim olduğunu, necə bir həyat yaşadığını və Azərbaycan xalqı üçün nələr etdiyini hamıdan yaxşı elə bu xalq, həm də bu gün bu oyunları aparanlar bilir. Biz sadəcə olaraq Elçibəyin məzarının açılmasının tək siyasi yox , həm də böyük bir mənəvi məsələ olduğunu bu məsələdə əli olanların diqqətinə çatdırmaq istəyirik. Elçibəyə qarşı nə sağlığında nə də haqq dünyasına getdikdən sonra mənəvi məsələlərdə səhv edənlər xeyir görməyib. Ona görə də, ailə tərəfindən hər hansı bir razılıq olmadan ediləcək hər bir hərəkətin həm siyasi, həm də mənəvi məsuliyyətini bu başdan nəzərinizə çatdırmaq istəyirik. Tanrı və tarix hər bir kəsə öz əməlinə görə gec də olsa qiymət verəcək. Buna əmin olmaq üçün elə tarixin özünə baxmaq kifayətdir.
Hörmətli hüquq mühafizə orqanlarının əməkdaşları, dəyərli həmvətənlər !!! Biz Elçibəyin ailəsi olaraq hər zaman haqqın, ədalətin tərəfində olmuşuq, ömrümüzün sonuna kimi də bu yolu davam edəcəyik. Verilən bəyənatlara, baş verən hadisələrə və qanunvericilikdə necə nəzərdə tutulmasına baxmayaraq , biz Elçibəyin ölüm səbəbi ilə bağlı açılmış cinayət işinin dərhal dayandrılmasını tələb edir, Elçibəyin ruhunun narahat edilməməsini hər kəsdən xahiş edirik!”
İmza: Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyeva,
Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev,
Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəyli.

Bu xəbər oxucular tərəfindən 1742 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |