09.07.2020 [10:31] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılma riski qalmaqdadır. Hazırda Anadolu bölgəsində koronavirusun birinci dalğası davam edir. İnfeksiyanın yayılma vəziyyətinə görə, Qurban bayramında vilayətlər üzrə sərtləşdirilmiş karantin rejiminin tətbiqi mümkündür
Bu sözləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Nazir diqqətə çatdırıb ki, 2020-2021-ci tədris ilində dərslərin normal qaydada başlanması infeksiyanın yayılmasına görə ölkədəki vəziyyətlə bağlı olacaq. Bəzi vilayətlərdə əsgər yola salma mərasimlərinə tətbiq edilən qaydalar həmin vilayətlərdəki infeksiya riski ilə bağlıdır.
Nazir məlumat verib ki, iyulun 8-də Türkiyə üzrə 49 min 302 nəfər testdən keçirilib. Onlardan 1041 nəfər xəstə çıxıb. Gün ərzində 22 nəfər ölüb, 2219 nəfər sağalıb. Beləliklə, məlum infeksiyadan ölənlərin sayı 5 min 282 nəfərə çatıb. Ümumilikdə indiyədək ölkə üzrə 3 milyon 782 min 520 nəfər testdən keçirilib. Onlardan 208 min 938 nəfərdə infeksiya aşkar olunub, 187 min 511 nəfər xəstəlikdən sağalıb. Hazırda 1172 nəfər reanimasiyada, 406 nəfər süni nəfər aparatına qoşulmuş haldadır. Hər iki halda artım müşahidə olunur.

Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |