Şrift:
İranda təyyarə qəzasında təqsirləndirilən rəsmilərin mühakiməsi başlayır
09.07.2020 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
2014-cü ilin avqust ayının 10-da təyyarənin havaya qalxmasında qısa müddət sonra baş vermiş həmin qəza zamanı göyərtədə olan 40 nəfər həlak olmuş, 8 nəfər isə yaralanmışdı.


Yerli media orqanlarının məlumatına görə, hadisə ilə bağlı 4 nəfər təqsirləndirilən şəxs kimi tanınıb. Onlar ölkənin Mülki Aviasiya Təşkilatının həmin dövrdə işləmiş rəhbəri, uçuş əməliyyatı və mühəndislik şöbələrinin rəisi, eləcə də təşkilatın rəhbərinin uçuş standartları üzrə müavinidir. Təqsirləndirilən şəxslərə qarşı ehtiyatsızlıqdan 40 nəfərin ölümü, 8 nəfərin yaralanmasına səbəb olma ittihamları üzrə ittihamnamə çıxarılıb.


İranın Mülki Aviasiya Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rza Nemətzadə hadisədən 18 ay sonra qəzaya səbəb kimi texniki nasazlığı göstərmişdi.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed