30.10.2012 [10:31] - Gündəm, Hərb
İsrail İranın Livan “Hizbullah”ına məxsus pilotsuz təyyarənin ölkənin qadağan olunmuş zonalarına adi görüntülər çəkməsi ilə bağlı irəli sürdüyü iddiaları təkzib edib. Rəsmi Tel-Əviv oktyabrın əvvəlində sahildən 25 km içəridə ələ keçirilən və İran istehsal olunmuş, Livanda yığılmış pilotsuz təyyarədə kamera olmadığını açıqlayıb. Hətta İsrail pilotsuz təyyarənin silahsız olduğunu da bildirib.
Qeyd edək ki, İran parlamentinin müdafiə komissiyasının sədri İsmayıl Kövsəri deyib ki, “Hizbullah”ın İsrailə göndərdiyi “Eyub” adlı pilotsuz təyyarə vasitəsilə bu ölkənin qadağan olunmuş zonasına adi görüntülər ələ keçirilib. O bildirib ki, “Hizbullah”ın lazım bildiyi vaxt bu barədə açıqlama veriləcək: “Əlimizdə İsrailin qadağan olunmuş zonasına aid görüntülər var. Bundan sonra rəsmi Təl-Əvivin İran əleyhinə istənilən cəhdinə İsrail torpaqlarında cavab verəcəyik”.
İ. Kövsəri əlavə edib ki, İran son 30 ildə pilotsuz təyyarə texnologiyasından istifadə edir: “İranın silah daşıya biləcək pilotsuz təyyarə də istehsal edəcək imkanı var. Ölkəmizin hərbi gücü bilindiyindən daha çoxdur”.

Bu xəbər oxucular tərəfindən 1043 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |