09.07.2020 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Ərdəbil əyalətinin Qızıl Aypara cəmiyyətinin sədri Ramin Məbudi məlumat verib.
Son 24 saatda isə əyalətdə 47 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 213 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 42 nəfəri reanimasiya şöbəsindədir.
Şərqi Azərbaycan əyalətində də hazırda 753 koronavirus xəstəsi xəstəxanalarda müalicə alır. Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Sominin verdiyi məlumata görə, infeksiyaya yoluxanlardan 127 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar.
O, koronavirusa yoluxanların sayının sürətlə artdığını bildirib.
Qərbi Azərbaycan əyalətində isə 802 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Xəstəxanada müalicə alanlardan 307 nəfərinin COVID-19 testi pozitiv çıxıb.
Son 24 saatda Qərbi Azərbaycanda koronavirusa yoluxan 170 nəfər xəstəxanaya yerləşdirilib.
Əyalətdə infeksiyaya yoluxanlardan 172 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 51 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya aparatına bağlıdırlar.
Zəncan əyalətində də son 24 saatda daha 43 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1959 nəfərə çatdığını bildirib.
Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı 199 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1565 nəfərinin tam sağaldığını bildirib.

Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |