Şrift:
İranda nazirliklər və dövlət idarələrini artıq "Bəsic" qoruyacaq
09.07.2020 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Tehranda fəaliyyət göstərən "Məhəmməd Rəsulullah Sepahı"nın Dövlət İdarələri və Nazirliklər üzrə "Bəsic Təşkilatı"nın komandanı Həmidrza Qüreyşi məlumat yayıb.


Onun sözlərinə görə, bu barədə qərar Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilib.


"Bundan sonra nazirliklər və dövlət idarələrinin qorunması, habelə fövqəladə hallar və təhlükələrin yarandığı təqdirdə, əməliyyat qrupları təşkil etmək vəzifəsi Nazirliklər üzrə Bəsic Təşkilatına həvalə ediləcək", deyə Həmidrza Qüreyşi əlavə edib.


Qeyd etmək lazımdır ki, mövcud qanunlara əsasən, sözügedən qurumların mühafizəsini İranın hüquq mühafizə orqanları təşkil edir. Həmirza Qüreyşi bu işin niyə "Bəsic"ə həvalə edildiyi barədə detalları açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed