Şrift:
Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisani ilə bağlı BMT-nin insan haqları nümayəndəsinə müraciət edib
09.07.2020 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İki səhifəlik hesabatda Abbas Lisaninin dosyesindəki son vəziyyət şərh edilərək İranda yüzlərlə azərbaycanlı fəalın həbs edilərək təzyiqlərə məruz qaldığı, hazırda onlarla milli fəalın həbsdə saxlanıldığı bildirilib.





Qeyd edək ki, Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi iyunun 4-də Ali Məhkəməyə müraciət etdikdən sonra məhkəmənin Ərdəbil Apelyasiya Məhkəməsinin milli fəala qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxladığını bildirib.





Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.





Xatırladaq ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatı Ərk uzun illərdir beynəlxalq qurum və təşkilatlarda Güney Azərbaycanda insan haqları sahəsində olan problemləri gündəmə gətirir.

Cəmiyyətin Cavid Rəhmana ünvanlandığı məktubu buradan oxuya bilərsiniz:

https://t.me/ARCHUMANRIGHTS/1199
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed