Şrift:
“Dirilən” Surət Hüseynov - onun düyməsini kim və haradan basıb?
09.07.2020 [11:21] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynov son zamanlar fəallaşıb. Ard-arda verdiyi müsahibələr və həmin müsahibələrdə səsləndirdiyi sensasion ittihamlar bunu deməyə əsas verir.

“Vətən xaini” kimi tanınan bu şəxsin fəallaşması birmənalı qarşılanmır. Bir çoxları hesab edir ki, o, özbaşına danışmır, onu dilləndirən güclər var...

Bəs, qiyamçı polkovnikin “düyməsini” kim və haradan basıb?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev: “Kimlər Azərbaycana problem yaratmaq istəyirsə, daxildəki qüvvələrdən istifadə etməyə çalışır. Mütəmadi olaraq, belə oxşar hallar olub. Keçən dəfə Surətə cavab verəndə bir fikir bildirmişdim ki, yaxşı, sən müəyyən məsələləri deyirsən, amma 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətdən gedəndən sonra baş nazir oldun, amma prosesləri dayandırmadın. Yenə də eyni şey baş verdi. 1994-cü ildə yenidən qiyama cəhd etdi. Bu qiyamı uduzdu. 1992-ci ildə xarici qüvvələrin istəkləri baş tutmadı. O zaman hansısa bir personadan söhbət getmirdi. Sadəcə ortada böyük dövlətlərin maraqları var idi. Çalışırdılar ki, Azərbaycanda rus ordusu olsun, İran-Azərbaycan sərhədini rus ordusu müdafiə etsin, ölkəmiz KTMT-də olsun, neft kontraktları onlar istədikləri kimi bağlansın. Bu və ya digər niyyətlərini həyata keçirmək üçün ölkədə dövlət çevrilişi etdilər. Surət adlı persona bunu başqa şeylə izah edirdi.

Fərəc Quliyev: “Surətin iradəsi heç zaman öz əlində olmayıb”


Bura Xalq Cəbhəsinin bəyanatını və başqa şeyləri qatmışdı. Bu adam baş nazir olanda belə 1994-cü ildə dövlət çevrilişinə cəhd edən şəxsdir. Yenə də məqsəd eyni idi. Böyük güclər yuxarıda sadaladıqlarımı həyata keçirə bilməyəndə Surətdən yenə istifadə etməyə cəhd etdilər. 2013-cü ildə də eyni vəziyyəti yaratmağa çalışdılar. Bu dəfə bunu Milli Şuranın əli ilə etmək istədilər. İndi yenidən Surət kimi adamı ortaya atıblar. Bu, onun öz iradəsi deyil. Hesab edirəm ki, bunun kimin tərəfindən edilməsindən asılı olmayaraq, Azərbaycandakı bütün milliyyətçi kəsim bir arada olmalı, bu adamın ağalarının cavabını verməlidir. Bizim milli maraqlarımız, müstəqil dövlətimiz var. Heç bir hörməti olmayan persona ilə bizə təzyiq edə bilməzsiniz. O zaman bir neçə dəfə Surət ordudan getmiş, yenidən geri qaytarılmışdı. Bunu o vaxt Gəncənin Vaqif adlı icra başçısı var idi, o da demişdi. Yəni Surətin iradəsi heç zaman öz əlində olmayıb. Ölkəmizdə vətənsevərlər, sizin kimi millətçi media əl-ələ verməli və bütün üsullarla dövlətimizi qorumalıyıq. Fikrimi belə yekunlaşdırıram ki, Surətin fəallaşması özünün iradəsi deyil, bu onun ağalarının iradəsidir. Ağanın isə kim olmasının heç bir fərqi yoxdur. Sadəcə fəal olmalıyıq və onların cavabını verməliyik”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed