Şrift:
Təbrizdə qaldırılan qız heykəlinin geyimi dəyişdirildi, yerinə qaytarıldı
09.07.2020 [14:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, 5 yaşlı qız heykəlinin geyimində dəyişikliklər edildikdən sonra heykəl yenidən əvvəlki yerində bərpa edilib.





Oyun kubları (Lego) üzərində oturan kiçik qız heykəli aylar öncə bələdiyyə tərəfindən hazırlanaraq parkların birində quraşdırılmışdı.


Heykəlin götürülməsi azərbaycanlı sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub.





Sosial şəbəkələrdə paylaşılan şəkillərdə heykəlin geyiminin dəyişdirilməsi, qolları və ayaqlarının örtülməsi müşahidə olunur.





Qeyd edək ki, Təbriz Bələdiyyəsinin Görüntü, Mənzərə və Yaşıllıq idarəsinin rəhbəri Məsud Bərzgər Cəlali heykəlin qaldırılmasını Təbriz şəhərinin “Uşaq dostu” pilot layihəsi üçün seçildiyini sual altına aparacağını vurğulayıb.

“Kiçik bir heykələ belə dözüm göstərə bilməyən, gecə yatıb səhər bələdiyyənin öz əli ilə onu sökdürən ruhi xəstələr olduqca bu şəhərdə “Uşaq dostu” pilot layihəsi necə həyata keçirilə bilər,” deyə Cəlali bildirib.





O qeyd edib ki, insanların beynində cansız bir heykələ qarşı belə davrananların uşaqlara qarşı necə rəftar edəcəkləri barədə suallar yaranır.
Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed