09.07.2020 [14:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumatlarda Azərbaycan hakimiyyətinin "Qərb üslubları" əsasında, yenidənqurma işləri adı altında məscidləri "dağıtması" ölkədə dindarlarları daha çox "incitmək" və onların icmalarını dağıtmaq üçün atılmış addım kimi dəyərləndirilir.
Azərbaycan dövlətini "islamla düşmənçilikdə" günahlandıran məqalə müəllifləri dövlətimizi uzun illərdir "müqavimət simvolu"na çevrilmiş "Fatimeyi-Zəhra" məscidini dağıtmağa çalışmaqda günahlandırırlar. Agentliklər həmçinin Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarını məscidə gələn dindarları kəskin nəzarətdə saxlamaqda ittiham edirlər.
Sonda isə informasiya resursları Azərbaycan hökumətini "multikultiralizm adı altında xristianlıq kimi digər dinlərin missionerlərinə" ölkədə təbliğat aparmağa şərait yaratmaqda, amma müsəlmanlar, xüsusilə də şiələrə qarşı "amansız" davranmaqda günahlandırırlar.
İran mediasının Azərbaycanda dini dözümsüzlük yaratmaq istiqamətində yaydığı bu cür məlumatlar heç bir mənbə və dəlilə söykənmir. Belə ki, bir neçə gün öncə "Fatimeyi-Zəhra" məscidinin dini icması yaydığı bəyanatda köhnə məscidin tikilməsi üçün özlərinin müvafiq orqanlara müraciət etdiklərini, lakin Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin dəyərləndirilməsi nəticəsində həmin məscidin tikintisinin davam etdirilməsinin mümkün olmadığını qeyd edib.
Bundan sonra köhnə məscidin yerinə daha gözəl məscid tikilərək dindarların ibadət etməsi üçün təqdim edilib. Yeni məscidin tikilməsinə qədər isə köhnə məscid sökülməyib. İcma görülən işdən razı qaldıqlarını və tikinti işlərində onların da bütün istəklərinin nəzərə alındığını bildirir. Lakin İranın müəyyən dairələri tərəfindən idarə olunan həmin saytlar həqiqətləri saxtalaşdıraraq, görülmüş işləri fərqli təqdim etməyə çalışır.
Digər tərəfdən, Azərbaycan müsəlmanlarının Dağlıq Qarabağda olan məscidləri Ermənistan tərəfindən uzun illərdir tövlələrə çevrilir, dağıdılır, və təhqir edilir. Lakin özünü şiələrin himayəçisi adlandıran İran rejimi nəinki bu proseslərə etiraz etmir, əksinə Ermənistana hər gün dostluq və ticari əlaqələrini daha da möhkəmləndirir.

Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |