09.07.2020 [14:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejiminin İraqın daxili işlərinə qarışmasına və bu ölkədə özübə bağlı hərbi qruplaşmalara dəstəyinə etiraz bildirən qəzəbli aksiyaçılar Heşam Əl-Haşiminin və dişlərindən qan axan İranın “dini” lideri Əli Xamneyinin şəkillərini əllərində gəzdirərək, siyasi ekspertin terroruna etiraz bildiriblər.
“Xamneyi qatildir və onun yarı-hərbi qüvvələri batildir”, “Şəhid Əl-Haşimi bizim qəlbimizdədir” və digər şüarlar səsləndirən etirazçılar İranın İraqdakı hərbi varlığına və onun İraqın daxili işlərinə qarışmasına son qoyulmasını tələb ediblər.
Xatırladaq ki, yazdığı siyasi təhlillərdə İran rejiminin və “Sepah” terror təşkilatının “Qüds” briqadasının İraqda apardığı təxribat xarakterli siyasətini ifşa edən Heşam Əl-Haşimi, iyulun 6-sı axşam saatlarında Bağdadın mərkəzində mənzili qarşısında iki naməlum silahlı şəxsin hücumuna məruz qalaraq, qətlə yetirilib.
Motosiklet sürən hücumçulardan biri Əl-Haşiminin avtomobilinə yaxınlaşaraq, odlu tapançadan bir neçə dəfə atəş açıb. Başından və qarnından bir neçə güllə yarası alan siyasi ekspert və jurnalist yerindəcə həlak olub. Hücumçular hadisə yerindən qaça biliblər.
İraqın siyasi və təhlükəsizlik məsələləri üzrə ekspertlərinin əksəriyyəti isə Heşam Əl-Haşiminin İran İslam Respublikası və onun İraqdakı muzdlu qruplaşmaları tərəfindən qətlə yetirildiyi qənaətində olduqlarını bildirirlər.
Heşam Əl-Haşiminin özü isə, qətlə yetirilməsindən əvvəl “Sepah”ın “Qüds” briqadasına bağlı olan İraq “Hizbullahı” qruplaşması tərəfindən dəfələrlə ölümlə təhdid edildiyini və bu barədə polisə və aidiyyətli qurumlara xəbər verdiyini bildirmişdi.

Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |