Şrift:
İranlı deputatlar Mahmud Əhmədinejadın ölkə parlamentində dindirilməsi üçün imza toplayır
30.10.2012 [10:39] - Güney Azərbaycan xəbərləri
İran prezidenti Mahmud Əhmədinejad ölkə parlamentində dindirilə bilər. “Mehr” xəbər agentliyinin məlumatına görə, bu barədə İran parlamentinin mühafizəkar deputatı Əli Mütəhhəri açıqlama verib. Onun sözlərinə görə, artıq 83 deputat M. Əhmədinejadın parlamentdə dindirilməsini məqbul sayan layihəni imzalayıb: “İmzatoplama kampaniyası oktyabrın 28-də başlayıb. Artıq heç bir deputat imzasını geri götürə bilməz. Layihə əvvəlcə parlamentin plenar iclasında müzakirə edilib nəticəsi prezidentə elan olunacaq. Daha sonra isə millət vəkillərinin suallarının cavablandırılmasına hazırlıq üçün M. Əhmədinejada bir ay vaxt veriləcək”.
Qeyd edək ki, İran parlamentinin daxili nizamnaməsinə əsasən, layihənin parlamentin müzakirəsinə verilməsi üçün onu ən azı 74 millət vəkilinin imzalaması lazımdır.
Bu xəbər oxucular tərəfindən 959 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed