Şrift:
İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının yeni ofisi yaradılır
10.07.2020 [09:37] - Xəbərlər, Sağlıq
İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının yeni ofisi fəaliyyət göstərəcək.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkədə səfərdə olan təşkilatın Avropa bölgəsinin direktoru doktor Hans Kluge ilə birgə açıqlamasında bildirib.

Nazir ÜST üçün xüsusi əhəmiyyət kəsb edən bu ofisin COVID-19 pandemiyası ilə bağlı ehtiyacların ödənilməsi istiqamətində fəaliyyət göstərəcəyini, bununla da Türkiyənin beynəlxalq arenada mərkəzi mövqeyə sahib olacağını bildirib.

F.Koca H.Kluge ilə görüş zamanı pandemiya ilə bağlı bölgə və dünyadaki mövcud vəziyyətin də müzakirə olunduğunu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed