Şrift:
Güney azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək üçün Telegram kanalı yaradılıb
10.07.2020 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Kanalın məqsədi Abbas Lisani ilə əlaqəli xəbərlər, məqalələr, videolar və şərhləri yaymaq, eləcə də İranda həbsdə olan güney azərbaycanlı milli fəala dəstək vermək insan hüquqlarının pozulması halları ilə əlaqədar xəbərləri ictimaiyyətə çatdırmaqdır.

Kanalın ünvanı: @abbas_lesani_az





Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.





Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed