10.07.2020 [13:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 10-da səhər saatlarında Qəzvin-Kərəc magistral yolunda Abyek şəhərinin yaxınlığında “Pejo 405” markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Həmçinin Ərdəbil əyalətinin Ərdəbil-Xalxal yolunda baş verən qəzada 1 azyaşlı uşaq ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ərdəbil Yol Polisi idarəsinin rəisi polkovnik Məhəmməd Səfəvinin verdiyi məlumata görə, hadisə “Pejo Pars” markalı minik avtomobili yoldan çıxaraq aşması nəticəsində baş verib.
Qərbi Azərbaycan əyalətində baş verən bənzər yol qəzasında da 1 nəfər canını itirib.
Qoşaçay (Miyandab) vilayətinin Yol Polisi idarəsinin rəisi polkovnik Həsən Şeyxnəjadın açıqlamasına əsasən, “Pejo Pars” markalı minik avtomobili vilayətin Qışlaq-Novruzlu yolunda yoldan çıxaraq aşıb. Baş verən qəza nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |